Olke.az saytına istinadən ain.az xəbər verir.
“Bizim NATO-muz var. Biz çox mehriban olmuşuq. Ukrayna məsələsində onlara kömək etmək məcburiyyətində deyildik. Ukrayna bizdən minlərlə mil uzaqdadır... Amma biz onlara kömək etdik. İndi görəcəyik ki, bizə kömək edəcəklərmi?”
Ölkə.az xəbər verir ki, bunu Prezident Donald Tramp deyib.
O daha sonra əlavə edib: “Çünki mən uzun müddətdir deyirəm ki, biz onların yanında olacağıq, amma onlar bizim yanımızda olmayacaqlar. Və əmin deyiləm ki, onlar orada olacaqlar".
Tramp həmçinin Britaniya Baş naziri Kir Starmeri müharibədə kömək etməkdən imtina etdiyinə görə yenidən tənqid edib:
"Böyük Britaniya bir nömrəli müttəfiq, ən uzun müddətdir mövcud olan müttəfiq hesab edilə bilər, amma mən onlardan gəlmələrini istəyəndə gəlmək istəmədilər... Və biz İranın təhlükəli potensialını effektiv şəkildə məhv etdikdən sonra onlar dedilər: "Yaxşı, iki gəmi göndərəcəyik", mən isə dedim ki, "Bu gəmilər bizə qələbədən əvvəl lazımdır, sonra yox".
Mürtəza
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.