RU

İsrail Xamenenin təyyarəsini də məhv etdi

İsrail Müdafiə Qüvvələri (İMQ) Mehrabad hava limanında İranın mərhum Ali Lideri Əli Xameneinin istifadə etdiyi təyyarəni məhv etdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, bəyanatda deyilir:

"Təyyarənin məhv edilməsi İranın müttəfiq ölkələrlə koordinasiya etmək, hərbi güc qurmaq və terror rejimini bərpa etmək qabiliyyətini sarsıdır. Beləliklə, İran daha bir strateji aktivini itirdi".

Əvvəlki günlərdə İsrail ordusu Mehrabad hava limanına ən azı dörd zərbə endirdiyini elan etmiş, radar stansiyalarını, hava hücumundan müdafiə sistemlərini, hərbi təyyarələri və hərbi nəqliyyat təyyarələrini hədəf kimi göstərmişdi.

Избранный
16
publika.az

1Источники