RU

BƏƏ-də PUA hücumu neft emalı zavodunda yanğın YARATDI

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) neft emalı zavoduna pilotsuz təyyarənin hücumu nəticəsində yanğın baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, mülki müdafiə qrupları yanğını söndürməyə çalışır, hazırda tələfat barədə məlumat yoxdur.

Xatırladaq ki, martın 16-da Əbu-Dabi hakimiyyəti mülki nəqliyyat vasitəsinə düşən raket nəticəsində bir Fələstin vətəndaşının öldüyünü bildirmişdi.

Aminə ŞAHSUVARQIZI

Избранный
34
1
redaktor.az

2Источники