ain.az, 525.az portalına istinadən məlumat verir.
“Neft bahalaşanda, təbii ki, Azərbaycanın valyuta gəlirləri, daxiolmaları, ticarət dövriyyəsinin müsbət saldosu artır – bu çox yaxşıdır. Amma, dünyada neft bahalaşanda mal və xidmətlərin maya dəyəri, daşınma xərcləri, logistik yollarda xaotik duruma görə sığorta xərcləri də artır”.
Bunu 525.az-a iqtisadçı ekspert Natiq Cəfərli söyləyib. O vurğulayıb ki, Azərbaycan yediyinin-içdiyinin 75 faizini, geyindiyinin 87-88 faizini xaricdən idxal edir:
“İdxaldan bu qədər asılı olan ölkə, neft qiymətlərinin artmasına görə qazandığını idxaldan asılılığıa görə itirir”.
Sevinc Qarayeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.