RU

“FİFA Series”i yerli hakimlər idarə edəcək?

Bildiyiniz kimi, “FİFA Series” turniri bu il 8 ölkədə keçiriləcək. Təşkilatçı ölkələr arasında Azərbaycan da var. Turnir martın 27-də start götürəcək.

Bəs oyunları yerli hakimlər idarə edəcək, yoxsa əcnəbilər?

“Football-plus.az” məsələni dəqiqləşdirmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Murad Axundovla əlaqə saxlayıb. O, qərarın FİFA tərəfdən verildiyini, hakimlərin siyahısını da bu qurumun açıqlayacağını bildirib. Yəni martın son günlərində keçiriləcək 4 oyunu hansı ölkədən olan hakimlərin idarə edəcəyi bəlli deyil.

Xatırladaq ki, turnirdə yığmamızla yanaşı, Oman, Syerra-Leone və Sent-Lüsiya da iştirak edəcək. Martın 27-də Oman – Syerra-Leone, Azərbaycan – Sent-Lusiya oyunları keçiriləcək. Martın 30-da isə 3-cü yer uğrunda oyun və final olacaq.

MÜZƏFFƏR QULUZADƏ

Избранный
1
1
football-plus.az

2Источники