RU

Ukraynanın infrastruktur obyektlərinə növbəti zərbələr endirilib

Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son 24 saat ərzində Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə edilən enerji və nəqliyyat infrastrukturu obyektlərinə, eləcə də 143 rayonda Ukrayna qüvvələri və xarici muzdlular üçün müvəqqəti yerləşdirmə məntəqələrinə zərbələr endirib.

Reyting.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Rusiya Silahlı Qüvvələrinin əməliyyat-taktiki aviasiyası, zərbə dronları, raket qüvvələri və artilleriyası Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə edilən Ukrayna enerji və nəqliyyat infrastrukturu obyektlərinə, uzun mənzilli pilotsuz uçuş aparatları istehsal müəssisəsinə, onların hərbi aerodromlardakı hazırlıq və buraxılış məntəqələrinə, eləcə də 143 rayonda Ukrayna silahlı qüvvələri və xarici muzdlular üçün müvəqqəti yerləşdirmə məntəqələrinə zərbələr endirib.

V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
31
reyting.az

1Источники