RU

İsrail ordusu Xameneinin təyyarəsini vurdu - FOTO

Tehranda İranın mərhum Ali Rəhbərinə məxsus təyyarə Israil ordusu tərəfindən məhv edilib.

Aznews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) sosial şəbəkə hesabında dərc olunan açıqlamada bildirilir.

“İsrail Müdafiə Qüvvələri Tehranın Mehrabad hava limanında İranın terror rejiminin ali rəhbərinin istifadə etdiyi təyyarəyə dəqiq zərbə endirib və onu məhv edib”, - deyə IDF-dən bildirilib.

Məlumata görə, həmin təyyarə İranın həlak olmuş Ali Rəhbəri Əli Xamenei, digər yüksək vəzifəli şəxslər və İran hərbçiləri tərəfindən “hərbi satınalmaların təşviqi və ox ölkələri ilə koordinasiyanın təmin edilməsi” məqsədilə istifadə olunurdu.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

Избранный
8
1
aznews.az

2Источники