RU

ADAU da mədəniyyət gecəsi: “Tək ürək, iki coğrafiya yazılan unudulmaz şeirlər”

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Gəncə, 16 mart, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Ege Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının müəllim və tələbələrinin təşkilatçılığı ilə Azərbaycan və Türkiyənin zəngin ədəbi-mədəni irsini əks etdirən mədəni tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

“Tək ürək, iki coğrafiya – yazılan unudulmaz şeirlər” adlı mədəniyyət gecəsində Azərbaycan və Türkiyənin görkəmli şair və yazıçılarının yaradıcılığından şeirlər səsləndirilib, onların sözlərinə bəstələnmiş mahnılar ifa olunub.

Proqram çərçivəsində, həmçinin Azərbaycan və Türkiyənin milli mədəniyyətini əks etdirən rəqs nümunələri də təqdim edilib. Bununla yanaşı, tədbir iştirakçılarına iki xalqın ortaq ədəbi və mədəni dəyərləri barədə məlumat verilib.

Mədəniyyət gecəsinin keçirilməsində əsas məqsəd Azərbaycan və Türkiyə xalqlarını birləşdirən ortaq dil, ədəbiyyat və mədəniyyət dəyərlərini tələbələrə daha yaxından tanıtmaq, eyni zamanda, iki ölkə arasında mövcud olan qardaşlıq və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə töhfə verməkdir.

Müxbir - Elcan Məmmədov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
azertag.az

1Источники