ain.az, Turkstan.az saytına istinadən bildirir.
Ərəb Dövlətləri Liqası (ƏDL) İranın Fars Körfəzi ölkələrinə zərbələrini nəzərə alaraq, ümumərəb hərbi kontingentinin yaradılması ideyasını araşdırır.
Turkustan.az Misirin "Ash-Shorouq" portalına istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibinin müavini Husam Zaki məlumat verib.
O bildirib ki, bu təşəbbüs barədə söhbətlər yenidən Misirdə gündəmə gəlib. 2015-ci ildə Misir prezidenti Abd əl-Fəttah əs-Sisi ilk dəfə belə bir ideya irəli sürmüşdü. Zaki əlavə edib ki, ƏDL məsələni diqqətlə öyrənir və növbəti iclasda yenidən müzakirəyə çıxarmağa hazırdır.
Baş katib müavini, həmçinin vurğulayıb ki, İranın davamlı zərbələri ərəb dövlətlərini ümumi silahlı qüvvələrin yaradılmasına sövq edib:
“Hər ərəb dövləti hücuma cavab verməkdə qanuni haqqa malikdir və ƏDL bu hüququ tam dəstəkləyir”.
Qeyd edək ki, martın 15-də Misir xarici işlər naziri Bədr Əbdül Ata BƏƏ-dəki həmkarı Abdullah bin Zayed Əl Nəhyan ilə görüşündə İranın Körfəz Ərəb dövlətlərinə hücumlarının "müdafiə olunmaz" olduğunu bildirib. O, həmçinin BƏƏ-dəki həmkarına "bütün ərəb ölkələri üçün kollektiv təhlükəsizlik konsepsiyasını birgə hazırlamağı" təklif edib, lakin bunun nəyi nəzərdə tutduğunu dəqiq deməyib./publika.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.