RU

Mədəniyyət Nazirliyi qoruduğu memarlıq abidəsinin tarixini bilmir – FOTO FAKT

Murtuza Muxtarov küçəsində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi hesab edirən və üzərində 1910-cu ildə tikildiyinə dair daş sübut olan binaya Mədəniyyət Nazirliyinin vurduğu lövhə müzakirəyə səbəb olub.

Tribuna.az xəbər verir ki, nazirliyin səhvini üzə çıxaran memar Elçin Əliyev bildirib ki, bina 1910-cu ilə aid olsa da, nazirlik onu 1912-ci il nümunəsi kimi qeyd edib.
Belə ki, binanın üzərinə elə inşası zamanı daş ilə tarix qeyd edilib. Ancaq Mədəniyyət Naziriyi yerli əhəmiyyətli memarlıq abidəsinin üzərinə vurduğu lövhədə tarixi səhv qeyd edib. Lövhədə tarix 1912-ci il kimi qeyd edilib.
Memar bildirib ki, dövlət tərəfindən qorunan belə memarlıq abidələrində səhvə yol vermək olmaz. Çünki sonr belə abidələrin tarixi arxivə yanlış düşür.
Gülşən Rəsul

Избранный
45
yenilik.az

1Источники