Kreml İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin müalicə üçün gizli şəkildə Moskvaya aparıldığı barədə xəbərlərə münasibət bildirməkdən imtina edib.
Leqal.info xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Müctəba Xameneinin yaralandıqdan sonra xüsusi reyslə Moskvaya gətirilməsi barədə yayılan xəbərlərə münasibət bildirməyib.
“Biz bu cür xəbərlərə şərh vermirik”, - Kremlin sözçüsü bildirib.
Qeyd edək ki, Küveyt mediası Müctəba Xameneinin Moskvada Prezident Administrasiyasının xəstəxanalarından birində müalicə alması barədə məlumat yayıb.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта