Dünən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus Boeing F/A-18E/F Super Hornet qırıcıları İranın cənub-şərqində yerləşən Çabahar Limanı ərazisindəki yerüstü hədəflərə zərbə endirib.
Məlumata görə, qırıcılar əməliyyat zamanı təyyarədə quraşdırılmış 20 millimetrlik M61 Vulcan avtomatik topundan istifadə edərək liman yaxınlığındakı obyektləri atəşə tutub.
Çabahar limanı İranın Hind okeanına çıxışı olan mühüm ticarət və logistika mərkəzlərindən biri hesab olunur və region üçün strateji əhəmiyyət daşıyır.