RU

Savaşın iqtisadiyyata təsiri: ABŞ Rusiya ilə bağlı planından niyə əl çəkməli oldu? - VİDEO

32 ölkənin birləşdiyi Beynəlxalq Enerji Agentliyi (BEA) strateji neft ehtiyatlarından 400 milyon bareli bazara buraxmağa hazırdır. Bu ölkələrin ümumi ehtiyatları 1.2 milyard bareldir, çünki BEA üzvlərindən 90 günlük idxal həcmində neft ehtiyatı saxlamağı tələb edirdi.
 
Baku TV-nin məlumatına görə, Birləşmiş Ştatların öz neft ehtiyatları hazırda 415 milyon bareldir. Vaşinqton onun 172 milyonunu bazara buraxacaq. Bundan əlavə, Vaşinqton Rusiyanın neft ixracına qoyulan sanksiyaları bir qədər yumşaldıb.
 
Belə ki, Rusiya martın 12-nə qədər tankerlərə doldurulan nefti aprelin 11-nə qədər sata bilər. Bu da əlavə 19 milyon barel deməkdir. İranda müharibə başlayandan sonra Rusiya neftdən hər gün 150 milyon dollar gəlir əldə edir. Eyni zamanda Vaşinqton dünyanın əsas neft istehlakçılarından olan Hindistanın Rusiyadan neft almasına icazə verib.
 
Bütün bunlar nə vaxta qədər kifayət edə bilər?
 
Dünyada gündəlik neft istehlakının həcmi təxminən 100 milyon bareldir. Hazırda müharibə səbəbindən bazara çıxan neftin həcmi 10% azalıb, yəni gündə 10 milyon barel əskik gəlir. Bu da o deməkdir ki, bazara buraxılan ehtiyatların sayəsində ən azı 40 gün neft böhranından yayınmaq mümkün olacaq. Bu müddətdə Vaşinqton başqa tədbirlərə də əl ata bilər, məsələn, Hörmüz boğazından keçən bütün kommersiya gəmilərinin hərbi gəmilərlə müşayiət olunması kimi.
Избранный
8
1
moderator.az

2Источники