RU

Qlobal Bakı Forumu bütün dünya üçün əhəmiyyətli bir platformadır

Yeniazerbaycan saytından verilən məlumata görə, ain.az xəbər verir.

Məlumdur ki, müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin qarşılaşdığı əsas problemlərdən biri də ikili standartlar siyasətidir. Qeyd edək ki, XIII Qlobal Bakı Forumunda da bu məsələ xüsusi müzakirə olundu. Forum iştirakçıları hesab edir ki, müasir dünyada həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda beynəlxalq hüquqa qarşı “ikili standartlar”ın yayılması mövcud sistemi zəiflədir. Bu tendensiya qlobal nizam üçün ciddi təhlükə kimi qiymətləndirilir.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, son illərdə ölkəmiz müxtəlif geosiyasi proseslər fonunda bu tendensiyanın təsirini daha qabarıq şəkildə hiss edən dövlətlərdən biridir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, beynəlxalq hüquq normalarının tətbiqində bəzi güc mərkəzləri selektiv yanaşma nümayiş etdirir. Münaqişələrə münasibətdə fərqli mövqelərin sərgilənməsi, eyni prinsipin müxtəlif regionlarda fərqli şəkildə şərh olunması faktları mövcuddur. Cənubi Qafqaz regionu böyük güclərin maraqlarının kəsişdiyi strateji məkan hesab olunur. Bu səbəbdən bəzi beynəlxalq aktorların regionda selektiv yanaşma nümayiş etdirməsi Azərbaycanın haqlı narazılığına səbəb olur.

Onu da qeyd edək ki, regionda sülh təşəbbüslərinə münasibətdə ziddiyyətli mövqelər həm diplomatik proseslərin uzanmasına, həm də etimad mühitinin zəifləməsinə səbəb olur. Bu baxımdan, beynəlxalq qurumların daha balanslı siyasət yürütməsi regionda sabitlik üçün vacib amil kimi qiymətləndirilir. Rəsmi Bakı hər zaman beynəlxalq hüququn universallığının qorunmasının və dövlətlər arasında bərabər münasibətin təmin olunmasının qlobal sabitlik üçün vacib olduğunu vurğulayır. İkili standartlar siyasətinin aradan qaldırılması yalnız bir ölkənin deyil, ümumilikdə beynəlxalq sistemin legitimliyi və effektivliyi üçün mühüm əhəmiyyət daşıyır. Yəni, Azərbaycanın üzləşdiyi bu problemlər təkcə regional deyil, həm də qlobal siyasi nizamın gələcəyi ilə bağlı suallar doğurur. Yeri gəlmişkən, bu prosesdə antimilli qruplardan da məharətlə istifadə olunur. Xarici aktorlar informasiya kampaniyaları vasitəsilə süni narazılıq yaratmağa, maliyyə və institusional dəstək vasitələri ilə müəyyən siyasi proseslərə təsir göstərməyə çalışır. Lakin belə cılız ssenarilərin heç biri nəticə vermir. Ən əsası, ölkəmizdə xalqla dövlət arasında monolitlik mövcuddur və ölkə daxilində parçalanma və ya ayrıseçkilik salmaq cəhdlərinin hamısı iflasa məhkumdur.

İqabal Bayramov,

YAP Göygöl rayon təşkilatı üzrə Aşıqlı kənd ərazi partiya təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
1
7
yeniazerbaycan.com

8Источники