RU

Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bakı.Trend:

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal vəavtostansiyalar Novruz və Ramazan bayramları günlərində - 19-30mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyətgöstərəcək.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən(AYNA) məlumat verilib.

Bildirilib ki, şəhərlərarası və rayonlararası marşrutlar üzrəsərnişindaşımalarını yerinə yetirən daşıyıcılar tərəfindənfasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardantariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyatakeçirilməsi, bayram günlərində yarana biləcək sərnişin sıxlığınınqarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəlüzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütünavtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verilib.

Qeyd edilib ki, sərnişin sıxlığının qarşısını almaq üçün xəttəlazımi sayda əlavə avtobusun buraxılması təmin ediləcək.

Vətəndaşlar biletləri https://biletim.az/ portalından onlaynqaydada, həmçinin avtovağzalların kassalarından əldə edəbilərlər.

Qeyd edək ki, hazırda portalda 58 məntəqə, 91 istiqamət üzrəbilet almaq mümkündür. Sistemə 355 reys olmaqla 403 nəqliyyatvasitəsi qoşulub.

Избранный
56
12
az.trend.az

4Источники