Prezident İlham Əliyev Azərbaycan Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
“Poliqon” xəbər verir ki, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə SOMDA-nın aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:
“Vətən uğrunda” medalı ilə
Hüseynov Ramil Arif oğlu – mayor
“Hərbi xidmətlərə görə” medalı ilə
Mövlayev Samir Yaqub oğlu – mayor
Abbasov Elsevər Məhəmməd oğlu – kapitan
Eldarov Zaur Səvzixan oğlu – kapitan
Hüseynov Elçin Allahverdi oğlu – kapitan
Fərzəliyev İlkin Mirzə oğlu – leytenant
Vahabzadə Şahin İdayət oğlu – leytenant
Adamov Xəyal Fikrət oğlu – baş çavuş
Hacızadə Səbuhi Elşən oğlu – baş çavuş
Qəhrəmanzadə Elman Qəhrəman oğlu – baş çavuş.