RU

İranın güclü tərəfləri Trampın qələbəsini elan etməsinə mane olacaq - KİV

ABŞ və İsrail arasında İrana qarşı iki həftəlik hərbi əməliyyatlar strateji durğunluğa səbəb olub.

Redaktor.az xəbər verir ki, bu nəticəyə analitik Mişel Bienbaum “The Washington Post” qəzetində dərc olunmuş məqaləsində gəlib.

Birnbaum Tehran hakimiyyətinin “qollarında güclü tərəflər” olduğunu vurğulayıb. O qeyd edib ki, İranın hərbi potensialının əhəmiyyətli bir hissəsi məhv edilməsinə baxmayaraq, Vaşinqton gözlənilməz eskalasiya ilə üzləşib.

Analitikin sözlərinə görə, Tehran Hörmüz boğazından neft tədarükünü iflic edə bilib və İran liderləri nüvə silahı əldə etmək səylərini sürətləndiriblər.

Məqalədə bildirilir ki, bu faktorlar ABŞ Prezidenti Donald Trampın qələbəsini elan etməsinə və hərbi kampaniyaya son qoymasına mane olan strateji kartlar kimi qiymətləndirilir.

Aminə ŞAHSUVARQIZI

Избранный
13
1
redaktor.az

2Источники