RU

KİV: Müttəfiqləri ABŞ-ın İrandakı hədəflərindən bixəbərdirlər

KİV: Müttəfiqləri ABŞ-ın İrandakı hədəflərindən bixəbərdirlər

ABŞ-ın ən yaxın müttəfiqləri Vaşinqtonun İrana qarşı davam etdirdiyi hərbi kampaniyada hansı məqsədləri güddüyünü anlamaqda çətinlik çəkirlər.

AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, "Böyük Yeddilik" (G7) ölkələrinin liderləri son telefon danışıqları zamanı ABŞ Prezidenti Donald Trampdan məsələ ilə bağlı izahat tələb etsələr də, konkret cavab ala bilməyiblər. Tramp bir neçə fərqli ssenarinin masada olduğunu bildirməklə kifayətlənib və münaqişənin tezliklə başa çatacağına ümid etdiyini deyib. Agentlik qeyd edir ki, Vaşinqtonun daim dəyişən bəyanatları fonunda tərəfdaşlar arasında yaranan çaşqınlıq son günlərdə daha da dərinləşib.

Eyni zamanda, heç bir müttəfiq dövlətin Hörmüz boğazında gəmilərin təhlükəsizliyini təmin etmək üçün ABŞ-a hərbi dəstək verməyə hazır olmadığı bildirilir. Hətta Vaşinqtonun kursundan nadir hallarda kənara çıxan Yaponiya belə, gəmiləri müşayiət etmək çağırışına diplomatik dillə "yox" cavabı verib. Yaponiya hökumətinin yüksək rütbəli rəsmisi bu cür əməliyyatların "ciddi maneələrlə" üzləşdiyini vurgulayıb.

Избранный
37
afn.az

1Источники