RU

Mart ayının birinci yarısında 17 minə yaxın vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib

Bakı, 16 mart, AZƏRTAC

Martın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi və tabeliyində olan qurumlara ümumilikdə 16 min 991 vətəndaş müraciəti daxil olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müraciətlərin 2396-sı elektron qaydada, 1080-i yazılı formada, 10 min 879-u çağrı mərkəzləri vasitəsilə qəbul edilib. Bundan əlavə, 2636 müraciət vətəndaş qəbulu zamanı qeydə alınıb.

Daxil olan müraciətlər əsasən şagird yerdəyişməsi, məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat, olimpiada və müsabiqələr, xarici diplomların tanınması və digər təhsil məsələləri ilə bağlı olub.

Избранный
26
1
azertag.az

3Источники