Məşhur müğənni Orhan Gencebay xəstəxanaya yerləşdirilib.
BAKU.WS xəbər verir ki, sənətçi yüksək hərarəti olduğu üçün tibb müəssisəsinə çatdırılıb.
Edilən müdaxilələrdən sonra onun müalicəsinə başlanılıb.
81 yaşlı müğənninin COVID-19-a yoluxmasından şübhələnirlər. Hazırda onun müalicəsi "Medicana Zincirlikuyu" Xəstəxanasında davam etdirilir.