RU

Yeni Yasamalda piyada keçidini “dayanacağa” çevirən sürücü 77 VA 640 VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Paytaxtın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində dayanma-durma qaydalarını pozan sürücü görüntülənib.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Instagram” ünvanına video və fotoşəkil göndərərək məlumat verib. Hadisə martın 8-də saat 15:16 radələrində Məhəmməd Xiyabani küçəsində qeydə alınıb. Kadrlardan göründüyü kimi, 77-VA-640 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini piyada keçidinin üzərində saxlayıb.

Nəticədə sürücü keçiddən istifadə edən şəxslərin hərəkətinə maneə yaradıb. Şikayətçinin sözlərinə görə, sözügedən sürücü demək olar ki, hər gün avtomobilini eyni qaydada piyada keçidinin üzərində park edir.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsinin 4-cü hissəsinin 4-cü bəndinə əsasən, nəqliyyat vasitəsinin piyada keçidinin üzərində və ya ona 5 metrdən az yaxınlıqda saxlanılması və ya dayanması qadağandır. Bu cür qayda pozuntusuna görə sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə tətbiq edilir.

Ümid olunur ki, aidiyyəti qurumlar məsələni araşdıraraq qayda pozuntusu ilə bağlı müvafiq tədbir görəcəklər.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
1
avtosfer.az

2Источники