Azərbaycan 2-ci liqasında "Ayın qolu" layihəsi çərçivəsində fevral ayının ən yaxşı qolunun müəllifi olan Əli Bağırov mükafatlandırılıb.
QOL.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.
"Ağstafa Gəncləri"nin futbolçusuna mükafatı 18-ci turun "Şirvan"la qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.