RU

Almazın idxalı və ixracına görə cərimələr müəyyənləşdirilib

Bakı. Trend:

Emal edilməmiş almazların dövlət orqanın rəyi olmadan idxalı vəixracına görə cərimələr müəyyənləşdirilib.

Trend xəbərverir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi AzərbaycanRespublikasının Gömrük Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və“Qiymətli metallar və qiymətli daşlar haqqında” AzərbaycanRespublikasının Qanununa edilən dəyişikliklərdə öz əksinitapıb.

Dəyişikliyə əsasən, emal edilməmiş almazların müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi olmadanidxalı və ixracına görə fiziki şəxslər 550 manatdan 750 manatadəkməbləğdə, vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə,hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cəriməediləcək.

Bundan başqa, emal edilməmiş almazların idxalı, ixracı,istifadəsi, dövriyyəsi, uçotu, saxlanılması, izlənməsi sahələrindədövlət nəzarəti həyata keçiriləcək.

İşlənməmiş və ya sadəcə yonulmuş, parçalanmış və ya qırılmış vəxarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrəsiyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum) tərəfindən müəyyən olunan qiymətli daşlar emal edilməmişalmazlar hesab ediləcək.

Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi,dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrindədövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqan (qurum) tərəfindən həyata keçiriləcək.

Избранный
17
11
az.trend.az

2Источники