Cənubi Koreya prezident administrasiyası ABŞ Prezidenti Donald Trampın Cənubi Koreya gəmilərinin Hörmüz boğazına göndərilməsi ilə bağlı çağırışının iki ölkənin nümayəndələri tərəfindən müzakirə ediləcəyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Prezident administrasiyasının mətbuat katibi bildirib ki, "Koreya Respublikası və ABŞ bu məsələ ilə bağlı sıx əlaqə saxlayacaq və diqqətlə nəzərdən keçirildikdən sonra müvafiq qərarlar qəbul edəcəklər".
Mətbuat katibinin bu açıqlaması Trampın Cənubi Koreyanı və digər dörd ölkəni İranın su yolunu bağlamaq hərəkətlərinə cavab olaraq Hörmüz boğazına gəmilər göndərməyə çağırmasından sonra verilib.
İran boğazın İran tərəfinə hücum etmək üçün istifadə etmək istəyən hər hansı bir ölkə üçün bağlanacağını açıqladı.
Aminə ŞAHSUVARQIZI