RU

Peter Siyyarto: Ukrayna “Drujba” kəməri ilə bağlı görüşdən imtina edib

Bakı, 16 mart, AZƏRTAC

Macarıstan və Slovakiya “Drujba” neft kəmərinin bərpası ilə bağlı Ukraynanın energetika naziri ilə görüş keçirməyi təklif etsələr də, Kiyev bundan imtina edib.

AZƏRTAC xəbər verir ki, Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyyarto bunu Avropa İttifaqındakı həmkarları ilə görüşmək üçün Brüsselə gəldikdən sonra deyib. “Biz bu gün Brüsseldə Ukraynanın energetika naziri ilə üçtərəfli görüş keçirməyi təklif etdik, lakin Ukrayna tərəfi son anda geri çəkildi”, - deyə Peter Siyyarto jurnalistlərə bildirib. Nazirin sözlərinə görə, bu, “Drujba” kəmərinin texniki cəhətdən etibarlı olduğunu və Ukraynanın onu yalnız siyasi səbəblərə görə bağladığını sübut edir.

“Kiyev bizə qarşı neft blokadasını davam etdirəcəksə, biz də Brüsselin onlara fayda verəcək heç bir qərarını dəstəkləməyəcəyik”, - deyə nazir vurğulayıb.

 

Избранный
28
2
azertag.az

3Источники