RU

İsrail Hərbi Hava Qüvvələri Əli Xameneinin təyyarəsini məhv edib

İsrail Hərbi Hava Qüvvələri Tehranda "Mehrabad" hava limanında İranın keçmiş lideri Əli Xamenei və yüksək rütbəli məmurların istifadə etdiyi təyyarəni məhv edib.

 

Senzor.az bildirir ki, bu barədə ordunun mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, təyyarə Əli Xameneinin, eləcə də İranın digər yüksək vəzifəli rəsmiləri və hərbçilərinin sərəncamında olub. Ondan həm daxili, həm də hərbi satınalmalar və müttəfiq dövlətlərlə fəaliyyətin əlaqələndirilməsi ilə bağlı beynəlxalq uçuşlar üçün istifadə edilirdi.

 

"Təyyarənin məhv edilməsi İran rəhbərliyinin "Müqavimət oxu" dövlətləri (İranın müttəfiqləri – red.) ilə fəaliyyəti koordinasiya etmək, hərbi gücü artırmaq və mövqelərini bərpa etmək qabiliyyətini azaldır", – açıqlamada vurğulanıb.

 

Məlumatı İran KİV-ləri də təsdiqləyib. Qeyd olunub ki, hücum zamanı İran liderlərinin xüsusi rəsmi təyyarəsi, eləcə də İnqilab Keşikçiləri Korpusu (SEPAH) Nəqliyyat donanmasının böyük bir hissəsi tamamilə məhv edilib.

Избранный
1
3
senzor.az

8Источники