RU

Azərbaycan səfirliyi Malayziyada kimsəsiz uşaqlar üçün iftar süfrəsi açıb

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Malayziyadakı səfirliyi və “Srikandi Gombak” xeyriyyə təşkilatının birgə təşkilatçılığı ilə Malayziyanın Selanqor ştatının Ravanq qəsəbəsində yaşayan tənha analar və kimsəsiz üşaqlar üçün iftar süfrəsi təşkil edilib, ərzaq bağlamaları paylanıb.

Səfirlikdən Hafta.az-a bildiriblər ki, tədbirdə çıxış edən Ravaq qəsəbəsinin icma idarəetmə şurasının sədri Adnan bin Əhməd və “Srikandi Gombak” xeyriyyə təşkilatının rəhbəri xanım Sufiah binti Mohammed Yussof belə aksiyaların əhəmiyyətini vurğulayaraq iftar süfrəsi və ərzaq yardımına görə Azərbaycana minnətdarlığını bildirib, humanitar aksiyaların yerli əhali tərəfindən xüsusi rəğbətlə qarşılandığını qeyd ediblər.

Səfirliyin müşaviri Sərxan İsmayılov müqəddəs Ramazan ayının insanlara mərhəməti, şəfqəti, o cümlədən çoxsaylı xeyirxah əməlləri təlqin etdiyini vurğulayıb. Diplomat Azərbaycanda Ramazan ayına verilən önəmi qeyd edərək onun ehtiva etdiyi nəcib məqamlardan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə və bütünlükdə dünyada İslamın bəşəri dəyərlərin təbliğinə verdiyi diqqətdən danışıb. 

Избранный
12
1
hafta.az

2Источники