RU

Qətər XİN: İran mülki obyektlərə hücum cəhdlərini dayandırmır

Qətər XİN: İran mülki obyektlərə hücum cəhdlərini dayandırmır

İranın xarici işlər naziri Abbas Əraqçinin əksini iddia edən bəyanatlarına baxmayaraq, Tehran Qətərin mülki infrastrukturuna zərbələr endirmək cəhdlərini davam etdirir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qətərin Baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ansari bildirib.

Diplomat vurğulayıb ki, İranın Qətərə qarşı hücumları başladığı gündən bəri mülki hədəflərə yönəlmiş təhdidlər bir an belə kəsilməyib. Onun sözlərinə görə, hücumların hədəfində maye qaz (LNG) istehsalı zavodları, sənaye kompleksləri, Həməd beynəlxalq hava limanı və yaşayış məntəqələri dayanıb.

Əl-Ansari İranın ərəb ölkələrinin mülki infrastrukturunu hədəf almaması ilə bağlı açıqlamasını şərh etməkdə çətinlik çəkdiyini bildirib: "Dinc əhaliyə qarşı hücumlar və hədələr hər gün baş verir. Ötən həftə sonu dinc sakinləri, tələbə və müəllim heyətini təxliyə etmək məcburiyyətində qalmağımız insanların hansı şəraitdə yaşadığının bariz sübutudur".

Regiondakı gərginlik fonunda Qətər rəsmiləri beynəlxalq ictimaiyyəti mülki infrastrukturun qorunması üçün daha kəskin addımlar atmağa çağırır.

Избранный
50
afn.az

1Источники