RU

Məşhurlar niyə müalicə üçün xaricə GEDİR?

Bir neçə gün öncə “Referans Medical Group”un hava ambulansı ilə Türkiyəyə aparılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin müalicəsi İstanbul Memorial Hospitalda davam etdirilir. 

Maraqlıdır, Rasim Balayevin müalicəsi niyə ölkəmizdə davam etdirilmədi? 

Bu, tibbi avadanlıq, yoxsa həkim çatışmazlığı ilə bağlıdır? Tibb elmləri doktoru, professor Adil Qeybulla “Cebheinfo.az”-a bildirib ki, Rasim Balayevin müalicə üçün Türkiyəyə aparılmasında ailənin rəyi, xəstənin şəxsi seçimi və digər amillər rol oynamış ola bilər. Onun sözlərinə görə, hər bir şəxsin bu məsələdə öz seçimi var. 

“Maddi imkanı daha yaxşı olan şəxslər müalicə üçün daha çox xaricə üz tuturlar. Səhhətində problem olan insanların xarici ölkələrin xəstəxanalarına müraciət etməsinin müxtəlif səbəbləri ola bilər. Məsələn, bəzi hallarda xəstəlik nadir olur və onun müalicəsi müəyyən ölkələrdə daha inkişaf etmiş olur. 

Digər əsas səbəblərdən biri isə milli səhiyyəyə olan güvən məsələsidir. Dünyanın hər yerində maddi imkanı yaxşı olan insanlar səhiyyəsi daha inkişaf etmiş ölkələrə üz tuturlar. Türkiyədən Almaniyaya, Almaniyadan isə Amerikaya müalicə üçün gedənlər var. 

Azərbaycanda da imkanı daha yaxşı olan şəxslər müalicə üçün xarici ölkələrə üz tuturlar”. Professor qeyd edib ki, Azərbaycanda bu gün kifayət qədər mürəkkəb ürək-damar əməliyyatları həyata keçirilir. 

Bununla yanaşı, digər xəstəliklər də ölkəmizdə peşəkar şəkildə müalicə olunur. O əlavə edib ki, tanınmış şəxslərin xaricdə müalicə alması ilə bağlı konkret səbəblər barədə danışa bilməz, çünki bu vəziyyətin detalları ona məlum deyil. 

Избранный
52
1
cebheinfo.az

2Источники