Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatında Qazax şəhəri Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdi Nuray Əbilova uğur qazanıb.
AzEdu.az xəbər verir ki, Nuray Əbilova 53 kq çəki dərəcəsində iki hərəkətin cəmində 138 kq (60 kq + 78 kq) nəticə göstərərək I yerə layiq görülüb və Azərbaycan çempionu adını qazanaraq qızıl medal əldə edib.
Qeyd edək ki, bu, Nuray Əbilovanın ilk uğuru deyil. O, 2025-ci ildə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medala layiq görülüb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта