GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Müharibəyə xərclənən pulların böyük hissəsi istifadə olunmayan təyyarələrə getmişdi”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Respublika Partiyası sədrinin müavini Armen Aşotyan deyib.
O, “Facebook” səhifəsində paylaşdığı fotoya bunları yazıb:
“Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2021-ci il üzrə hesabatına görə, Baş nazir Nikol Paşinyan rejimi atəş açmayan təyyarələr üçün 190 milyon dollar ödəyib. Bu, 2018-dən 2020-ci il müharibəsinin başlanğıcına qədər Azərbaycanın silah və hərbi texnikaya xərcləndiyi 248 milyon dolların 76 faizi deməkdir.
Təsəvvür edirsiniz? Müharibədən əvvəl müasir yeni silahlar almağa ayrılmış məbləğin 76 faizini müharibədə yararsız olan, atəş açmayan təyyarələrə getmişdi”.
Safura Bənnayeva
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.