RU

Barselona baş məşqçisi ilə müqaviləni uzadır

Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandada qalacaq.

QOL.az xəbər verir ki, alman mütəxəssis Kataloniya klubu ilə müqaviləsini 2028-ci ilə qədər uzadacaq. Bu barədə Sport.es saytı məlumat yayıb.

Bildirilir ki, Flik yeni müqavilə ilə bağlı klub rəhbərliyi ilə razılığa gəlib. Lakin o, rəsmi açıqlamanın “Barselona”da keçiriləcək prezident seçkilərindən sonra edilməsini istəyib. 

Qeyd olunur ki, Flik "Barselona"dakı həyatından və klubun gənc futbolçulara verdiyi önəmdən razıdır. Onun əsas məqsədi yetişdirməyi planlaşdırdığı yeni nəsillə birlikdə Çempionlar Liqasını qazanmaqdır.

Hazırda “Barselona” İspaniya çempionatında 28 turdan sonra 70 xalla turnir cədvəlinə başçılıq edir. Kataloniya klubu ən yaxın izləyicisi “Real Madrid”i 4 xal qabaqlayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
74
3
qol.az

4Источники