RU

Bu şəxslər dövlətdən pul ala biləcək - AÇIQLAMA

Azərbaycanda işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə işsizliyə görə müavinət və sığorta ödənişləri tətbiq olunur.

Bəs işsizliyə görə müavinəti kimlər ala bilər, bunun üçün hansı tələblər mövcuddur və müraciət prosesi necə həyata keçirilir? 

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Oxu24.com-a bildirib ki, işsizlikdən sığorta haqqında qanun, məşğulluq haqqında qanun, Əmək Məclləsinə uyğun olaraq işsizliklə bağlı qanun mövcuddur:
 

“Məsələn, dövlət orqanı yaxud hüquqi şəxs ləğv edildikdə, Əmək Məclləsinin 70-ci maddəsinin "a" bəndinə əsasən, bir də Dövlət qulluğu haqqında qanunun müvafiq maddəsinə əsasən ixtisar olunan şəxslər və əmək müqaviləsinin müddəti başa çatanlar işsizliyə görə müavinət ala bilərlər.
Əlavə olaraq, dövlət orqanlarında, bir də hüquqi şəxslərdə ştatlar ixtisar olunan hallarda işsizliyə görə müavinət almaq mümkündür. 


Belə hallar da var ki, məsələn üçün, hərbi xidmətdən qayıdan şəxsin yerində işləyən şəxs  işdən azad edilir. O halda müəssisə mülkiyyətçisi dəyişdiyi halda şəxs işlə təmin oluna bilmirsə və s. hallarda, yəni onlar gedib müvafiq orqanda – Məşğulluq mərkəzlərində uçota işsiz kimi qeydiyyatdan keçməlidirlər və o zaman müavinət verilə bilər. 

Müavinət dərhal verilmir. Onlara əgər layiqli iş təklif olunarsa, və onların məşğulluğu təmin olunarsa, bu halda verilmir.

İki dəfə onlara iş təklif olunursa, imtina edirlərsə, bu halda da müavinət verilməyə bilər. Bu, qanunvericiliklə tənzimlənir. Qısaca, bu bir neçə qanunla tənzimlənən prosesdir”, - deyə Sahib Məmmədov bildirib. 

Bizim.Media

Избранный
24
1
bizim.media

2Источники