RU

Döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin statusuna aydınlıq gətirilməsi təklif olunur

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Birinci Qarabağ müharibəsindən Vətən müharibəsinin başlanmasına qədər olan dövrdə ölkənin ərazi bütövlüyü uğrunda baş vermiş döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin statusu ilə bağlı məsələyə aydınlıq gətirilməsi təklif edilir.

Gununsesi.info xəbər verir ki, söhbət xüsusilə 2016-cı ilin aprel döyüşlərində, 2020-ci ilin iyul ayında Tovuz istiqamətində baş vermiş döyüşlərdə və həmin dövrdə qeydə alınmış digər hərbi toqquşmalarda iştirak etmiş şəxslərdən gedir.

Eyni zamanda, 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatında iştirak edən şəxslərin də statusunun müəyyənləşdirilməsi məsələsi gündəmə gətirilir.

Qeyd olunur ki, bu istiqamətdə hüquqi mexanizmlərin dəqiqləşdirilməsi və müvafiq statusun müəyyən edilməsi həmin döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin sosial təminatı və hüquqlarının daha aydın şəkildə tənzimlənməsinə xidmət edə bilər.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edib.

Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
icma.az

1Источники