RU

Asiman Qocayevə hökm oxundu

BAKI, 16 mart. TELEQRAF

"Azərbaycan Gənclər Parlamenti" İctimai Birliyinin layihə rəhbəri Asiman Qocayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyev sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən Asiman Qocayevin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib. Ona 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Qeyd edək ki, A.Qocayev Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi üzrə məsuliyyətə cəlb olunub. O, Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə İttiham olunub.

Избранный
33
1
teleqraf.com

2Источники