ABŞ İranın neft tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Skott Bessent “CNBC” telekanalına verdiyi müsahibəsində bəyan edib.
Nazir bildirib ki, rəsmi Vaşinqton dünyanın qalan hissəsini neft tədarükü ilə təmin etmək məqsədilə bu addıma yol verib. Bessent həmçinin əlavə edib ki, ABŞ və müttəfiqləri ticarət gəmilərini müşayiət etməyə başlamazdan əvvəl belə, tankerlərin hərəkət intensivliyi artacaq.
Telekanalın qeyd etdiyinə görə, bölgədə ABŞ Hərbi Dəniz Qüvvələrinin mühüm qüvvələrinin cəmləşməsinə baxmayaraq, İran bu dəhliz vasitəsilə milyonlarla barrel neft ixrac etməyə davam edir.
Sara,
NOCOMMENT.az