RU

Evə gecə 1 də dostunu gətirdi, bacısı dava saldı deyə döydü

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Abşeron rayonunda 27 yaşlı oğlan bacısına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 9-da baş verib. Neftçala rayon sakini, 1999-cu il təvəllüdlü Samir həmin gün gecə saat 1 radələrində yaşadığı fərdi yaşayış evində bacısı Nəsibə (adlar şərtidir – red.) ilə mübahisə edib. Buna səbəb Samirin yaşadıqları evə kənar şəxsi dəvət etməsinə görə mübahisə yaranıb. O, bacısının üzərinə hücum edib, əl, yumruq zərbələri ilə sifət, boğaz, sinə, qol, bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vurub. Faktla bağlı Samirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Bu işə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkmiş ona qarşı şikayətini geri götürüb. Bu səbəbdən hakim Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs həmin məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.Qeyd edək ki, Samir bundan əvvəl də məhkumluq həyatı yaşayıb. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, 20 noyabr 2025-ci il tarixli hökm ilə Samir Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü (oğurluq) maddələri ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
62
demokrat.az

1Источники