Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakının Sabunçu rayonunda ana ölümü qeydə alınıb. O.Əfəndiyev küçəsi 2-də yerləşən doğum evində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Mətanət Ağasi qızı Mirzəyeva doğuş zamanı ölüb. Faktla bağlı araşdırmalar aparılır.Ginekoloq Təranə Həsənova Demokrat.az-a açıqlamasında bildirib ki, fizioloji baxımdan qadınlarda yumurtalıq rezervi yaş artdıqca tədricən azalır:“Bu proses xüsusilə 33 yaşdan sonra daha nəzərəçarpan olur. Yumurta hüceyrələrinin sayı və keyfiyyəti zamanla dəyişdiyi üçün hamilə qalma ehtimalı da müəyyən dərəcədə azala bilər. Buna görə də tibbi baxımdan reproduktiv dövrün daha aktiv olduğu yaşlarda hamiləliyin planlanması çox vaxt daha rahat və effektiv hesab edilir. Digər tərəfdən, təbii olaraq qadın orqanizmi müəyyən yaşdan sonra hormonal dəyişikliklər yaşayır. Orta hesabla 53 yaş klimaks dövrü kimi qəbul edilir. Bu da reproduktiv dövrün bioloji olaraq tamamlandığını göstərir. Təbiət qadını belə yaradıb, təbiətin əksinə getmək həmişə ağır nəticə verir”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.