RU

Madrid klubu "Fənərbaxça"nın ulduzunu istəyir

"Atletiko Madrid" klubu "Fənərbaxça"nın müdafiəçisi Arçi Braunun xidmətində maraqlıdır. Metbuat.az xəbər verir ki, İspaniya nəhəngi futbolçunun transferini nəzərdən keçirir.

Qeyd edək ki, Arçi Braun "Gent"dən 8 milyon avro ilə "Fənərbaxça"ya transfer edilib. Futbolçunun "Fənərbaxça" ilə müqaviləsi 2028-ci ildə yekunlaşır. Arçi Braun bu mövsüm Türkiyə nəhənginin heyətində 30 oyunda 4 dəfə fərqlənib, 6 məhsuldar ötürmə edib.

Избранный
7
metbuat.az

1Источники