Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
2025/2026 mövsümünün Çempionlar Liqasının final oyunu üçün bilet qiymətləri açıqlanıb.
QOL.az xəbər verir ki, Avropanın ən mötəbər klub turnirinin həlledici qarşılaşması Macarıstanın paytaxtı Budapeştdə, "Puşkaş Arena"da keçiriləcək. Məlumata görə, UEFA finalda mübarizə aparacaq hər iki komandanın azarkeşləri üçün 17 200 ədəd bilet ayırıb.
Bu il bilet qiymətlərində müəyyən fərqliliklər və yeni kateqoriyalar mövcuddur:
Yalnız finalda çıxış edən klubların azarkeşləri üçün: 70 avro
3-cü kateqoriya: 180 avro
2-cü kateqoriya: 650 avro
1-ci kateqoriya: 950 avro
Ümumi satışa çıxarılan biletlər üçün UEFA-nın rəsmi saytında müraciətlər artıq başlayıb və püşkatma yolu ilə sahiblərini tapacaq. Stadionun ümumi tutumu təxminən 67 000 nəfərdir.
Xatırladaq ki, ötən mövsümün finalında PSJ İtaliya "İnter"ini 5:0 hesabı ilə darmadağın edərək tarixində ilk dəfə bu kuboka sahib çıxıb. Cari mövsümün final matçı isə 30 may tarixində baş tutacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.