RU

Xameneidən rəhbər şəxslərə yeni tapşırıq

İslam İnqilabının ali dini lideri Müctəba Xamenei atasının təyin etdiyi rəhbər və vəzifəli şəxslərin əvvəl qəbul edilmiş qərarlara uyğun olaraq fəaliyyətlərini davam etdirməli olduqlarını bildirib.

Publika.az xəbər verir ki, bu barədə ali dini liderin məktubunda qeyd olunub.

Bildirilib ki, bəzi qurumların rəhbərləri və digər vəzifəli şəxslərin müraciətlərinə cavab olaraq onların təyinat müddətinin yenilənməsinə ehtiyac olmadığı vurğulanıb.

"Mən bəyan edirəm ki, hazırda onların heç biri üçün təyinatın yenilənməsi tələb olunmur və onlar onun sağ olduğu dövrdə qəbul edilmiş qərar və siyasətlərə uyğun olaraq fəaliyyətlərini davam etdirməlidirlər", - deyə məktubda qeyd olunub.

Избранный
45
4
publika.az

5Источники