RU

Azərbaycan millisinin Bolqarıstan, Litva və Malta ilə oyunları üçün heyəti müəyyənləşdi

 

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi martın 17-dən 20-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.

Fanat.Az xəbər verir ki, yığma Avropa çempionatının seçmə mərhələsinin II raundunun oyunları üçün martın 21-də Bolqarıstanın Plovdiv şəhərinə yollanacaq.

B Liqasının 2-ci qrupunda yer alan U-17 orada Bolqarıstan, Litva və Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Bakı toplanışı üçün U-17-yə dəvət olunan futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq. Bolqarıstana yollanacaq yekun heyətdə 20 futbolçu qalacaq.

Nr. Adı / Soyadı Klubu
1 Nurəziz Əzizov Neftçi
2 Bilal Hacıyev Qarabağ
3 Murad Muradov Zirə
4 Kamil Həsənov Neftçi
5 Uğur Qurbanlı Qarabağ
6 Rəşad Gülüşov Sabah
7 Səttar Tahirzadə Marset (İspaniya)
8 Zeyd Nəsirulla Berliner AK 07 (Almaniya)
9 Atacan Məmmədov Marset (İspaniya)
10 Muhamməd Çodarov Marset (İspaniya)
11 İsmayıl Səfərli Neftçi
12 Əli Kiçibəyov Turan Tovuz
13 Amin Rzayev Qarabağ
14 Allahverdi Şirinov Qəbələ
15 Raul İsaqov Kəpəz
16 Nihad Hüseynzadə Sabah
17 Musa Mustafayev Zirə
18 İbrahim Xəlilov Sabah
19 Samir Şərifov Sabah
20 Pünhan Kərimov Marset (İspaniya)
21 Əli Bəşirov Qarabağ
22 Rüstəm Hüseynli Neftçi
23 Kamal Zülfiyev Sumqayıt
24 Murad Həmidov Elversberqs (Almaniya)

24 mart

17:00. Bolqarıstan (U-17) – Azərbaycan (U-17)

Baş hakim: Mateo Tozan (Sloveniya)

Baş hakimin köməkçiləri: Jure Jamnik (Sloveniya), Darko Vidiniç (Şimali Makedoniya)

Dördüncü hakim: Trpçevski Stoyanço (Şimali Makedoniya)

Plovdiv, "Xristo Botev" stadionu

27 mart

13:00. Litva (U-17) – Azərbaycan (U-17)

Baş hakim: Ozan Ergün (Türkiyə)

Baş hakimin köməkçiləri: Murat Altan (Türkiyə), Todor Vukov (Bolqarıstan)

Dördüncü hakim: Georgi Stoyanov (Bolqarıstan)

Plovdiv, Nikola Şterev - Starika İdman Kompleksi

30 mart

14:00. Azərbaycan (U-17) – Malta (U-17)

Baş hakim: Trpçevski Stoyanço (Şimali Makedoniya)

Baş hakimin köməkçiləri: Darko Vidiniç (Şimali Makedoniya), Todor Vukov (Bolqarıstan)

Dördüncü hakim: Georgi Stoyanov (Bolqarıstan)

Plovdiv, Nikola Şterev - Starika İdman Kompleksi

 

Избранный
14
7
fanat.az

10Источники