Dubay Beynəlxalq Hava Limanının ərazisində yerləşən yanacaq sektorunda böyük yanğın baş verib.
Musavat.com xəbər verir ki, hadisə İranın endirdiyi zərbədən sonra qeydə alınıb.
Məlumata görə, zərbə nəticəsində hava limanının yanacaq infrastrukturu yerləşən hissəsində güclü yanğın başlayıb.
Eyni zamanda İranın Tasnim agentliyi Tehranın regiondakı ABŞ obyektlərinə yaxın saatlarda zərbələr endirilə biləcəyi barədə xəbərdarlıq etdiyini yazır. İran tərəfi həmin obyektlərin ətrafında yaşayan insanları təhlükəsizlik məqsədilə əraziləri tərk etməyə çağırıb.
Musavat.com