RU

“İranda 7 min hədəfə zərbə endirmişik” –TRAMP

Prezident Donald Tramp ABŞ ordusunun İran ərazisində 7000-dən çox hədəfə, əsasən kommersiya və hərbi obyektlərə zərbə endirdiyini açıqlayıb.

Azpost.info bildirir ki, o, ballistik raket atışlarının 90 faiz və dron hücumlarının 95 faiz azaldığını iddia edib. “Raketlər artıq çox az sayda gəlir, çünki çox qalmayıb”, – deyə o əlavə edib.

Tramp həmçinin ABŞ-ın raket və dronların istehsal olunduğu istehsal müəssisələrinə hücum etdiyini bildirib. O, son bir həftə yarım ərzində 100-dən çox İran hərbi gəmisinin məhv edildiyini və ya batırıldığını açıqlayıb.

ABŞ prezidenti vurğulayıb ki, Amerika qüvvələri İranın Hörmüz boğazı yaxınlığındakı Fars körfəzində kommersiya gəmiçiliyinin təhdidnin qarşısını alır.

Tramp digər ölkələri boğazda naviqasiyanın bərpasına kömək etməyə çağırdığını deyib. ABŞ prezidenti bəzi dövlətlərin kömək etməyə hazır olduqlarını, digərlərinin isə az həvəs göstərdiyini qeyd edib.

AzPost.az

Избранный
18
1
azpost.info

2Источники