RU

Yük avtomobillərinin əsassız cərimə ilə bağlı NÖVBƏTİ ŞİKAYƏTİVİDEO

Yükləri az olsada onlara çox yüklə cərimələr yazıldığını iddia edirlər.

Xezerxeber.az-ın xəbərinə görə, sürücülər deyirlər ki, onlara tətbiq edilən cərimələr yanlışdır.

Hətta sürücülər iki fərqli tərəzidə yükün çəkisini ölçdüklərini deyirlər.

Sürücülərin sözlərinə görə, ödəmədikləri cərimələrə görə hətta hər gün cərimənin üzərinə dəbbə pulu gəlir.

Məsələ ilə bağlı yerüstü nəqliyyat agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, Ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən yük nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi nəqliyyat vasitələrinin oxlarının sayından asılı olaraq müəyyən olunur. Bu məsələ Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə tənzimlənir. Qərarda təsbit olunan meyarların hamısı, yəni bütün parametrlər elektron tərəzilərin alqoritmində əks olunub. Nəqliyyat vasitələri elektron tərəzilərdən keçərkən həmin alqoritmlər əsasında ölçmə aparılır. Müvafiq parametrləri aşan yük nəqliyyat vasitələrinin sürücüləri barəsində hər hansı bir fiziki təmas olmadan, real vaxt rejimində inzibati tənbeh tədbirlərinin görülməsi təmin edilir. Sözügedən nəqliyyat vasitələrinin sürücüləri də AYNA-ya müraciət edib.

Araşdırmanın nəticələri özlərinə təqdim olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
22
1
xezerxeber.az

2Источники