Türkiyə İsrailin Livana qarşı başlatdığı və bölgədəki qeyri-sabitliyi daha da dərinləşdirən quru əməliyyatını qınayıb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub.
"Netanyahu hökumətinin kütləvi cəzalandırma siyasətini bu dəfə Livanda həyata keçirməsi bölgədə yeni bir insani fəlakətə yol açacaq" , - bəyanatda bildirilib.
Türkiyə XİN Livanın suverenliyini və ərazi bütövlüyünü pozan bu hücumlar qarşısında Beyrutla həmrəylik ifadə edib.