Bakı. Trend:
"Barselona" mövsümün sonunda müqaviləsi başa çatan AndreasKristensenlə bağlı qərar verib.
Trend xəbər verir ki,İspaniya çempionu danimarkalı futbolçunu komandada saxlamaqistəyir. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.
Klub Kristensenə 2 illik müqavilə təklif edib. Yeni sözləşmədə29 yaşlı mərkəz müdafiəçisinin hazırkı maaşının ikiqat azaldılmasınəzərdə tutulub. Təcrübəli oyunçu təklifi qəbul etsə, komandadaqalacaq.
Qeyd edək ki, Andreal Kristensen 2022-ci ilin yayında "Çelsi"dənayrıldıqdan sonra azad agent statusu ilə "Barselona"ya keçib.Danimarka millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisininheyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol vurub.