RU

Məşhur mağazalar şəbəkəsinin sahibi faciəvi şəkildə öldü 

Salyanda gənc sahibkar faciəvi şəkildə vəfat edib. 

"Yeni Sabah"ın əldə etdiyi xəbərə görə, hadisə martın 16-da axşam saatlarında rayon mərkəzində qeydə alınıb. 

Salyanda və Bakıda fəaliyyət göstərən "Öz geyim" mağazalar şəbəkəsinin sahibi, 38 yaşlı Şamil Qədirovun yaşadığı ünvanda meyiti aşkarlanıb. O, özünə qəsd edib. Hadisənin səbəbi hələlik məlum deyil. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ş.Qədirov ailəli olub. Onun azyaşlı iki övladı var. 

Şamil Qədirovun qardaşı Kainat Qədirov da sahibkatdır. Salyandakı "Riçi Hause" ona məxsusdur.


Telegram kanalımız
Избранный
81
1
yenisabah.az

2Источники