RU

Aİ İrana qarşı yeni sanksiyalar tətbiq etdi

Avropa Birliyi İranda insan haqlarının pozulması ilə bağlı yeni sanksiyalar tətbiq edib.

"Ölkə.az" xəbər verir ki, Avropa Birliyi Təhlükəsizlik Şurası küçə etirazlarının qəddarcasına yatırılmasında məsul hesab edilən 16 nəfər və 3 quruma qarşı sanksiya qərarı qəbul edib.

Kimlər sanksiya siyahısına düşdü?

Məlumata görə, sanksiyalar daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavininə, SEPAH-ın yerli bölmələrinin komandirlərinə, məhkəmə orqanlarının bəzi nümayəndələrinə, həmçinin rəqəmsal nəzarət sistemləri ilə məşğul olan şirkətlərə və onların rəhbərlərinə şamil olunur.

Sanksiyalar nələri əhatə edir?

Qərara əsasən, sanksiya siyahısına daxil edilən şəxslərin aktivləri dondurulur. Bundan əlavə, onlara maliyyə aktivlərinin və iqtisadi resursların verilməsi qadağan edilir. Həmçinin həmin şəxslərin Avropa Birliyi ölkələrinə girişinə və tranzit keçidinə məhdudiyyət qoyulur.

Sanksiya siyahısı genişdir

Bildirilir ki, hazırda İranda insan haqlarının pozulması ilə bağlı tətbiq olunan sanksiyalar çərçivəsində ümumilikdə 263 fiziki şəxs və 53 hüquqi şəxs Aİ-nin məhdudiyyətlərinə məruz qalır.

 

Избранный
34
1
olke.az

2Источники