Milli komandamızın müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Arda" Bolqarıstan çempionatında 25-ci turun oyununa çıxıb.
QOL.az xəbər verir ki, komanda öz meydanında “Dobrudza”nı qəbul edib. Cəlalın komandası ilk hissədə azlıqda qalsa da, qələbə qazanmağı bacarıb.
“Arda” - “Dobrudza” - 2:0
Qollar: Samake, 32, Karaqaren, 61
Qırmızı vərəqə: İdovu, 27 (“Arda”)
Matça ehtiyat oyunçular skamyasından başlayan Cəlal Hüseynov 75-ci dəqiqədə Serkan Yuseinin əvəzinə meydana çıxıb.
Bu qələbədən sonra xallarının sayını 35-ə çatdıran “Arda” turnir cədvəlində 8-ci pilləyə yüksəlib.